Məktəblərdə qızların sırğa taxması qadağan edilir? – RƏSMİ AÇIQLAMA
Məktəblərdə şagird qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara rəsmi cavab verilib.
hadiseler.info “Bizim.Media”ya istinadən xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov hazırda bu məsələ ilə bağlı heç bir rəsmi təlimat və ya tapşırığın verilmədiyini bildirib.
Agentlik rəhbəri qeyd edib ki, məsələ araşdırılacaq və yaranmış vəziyyətin səbəblərinə aydınlıq gətiriləcək.
Xatırladaq ki, bəzi valideynlər Bakı məktəblərində direktorlar tərəfindən bütün yaş qrupundan olan qız şagirdlərə sırğa taxmaq qadağasının qoyulduğunu iddia edirdilər.
No Comment! Be the first one.