Mərkəzi Bankın baş direktoru işdən çıxdı
Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüqar Əhmədov tutduğu vəzifədən azad olunub.
hadiseler.info “APA”ya istinadən xəbər verir ki, Vüqar Əhmədov avqustun 28-dən etibarən öz ərizəsi ilə işdən ayrılıb. Bu istefa ilə Mərkəzi Bankın baş direktorlarının sayı 10-dan 9-a enib.
Qeyd edək ki, Vüqar Əhmədov 2009-cu ildən AMB-də müxtəlif məsul vəzifələrdə çalışıb. O, 2017-ci ilin dekabr ayından etibarən Mərkəzi Bankın baş direktoru vəzifəsini icra edirdi.
No Comment! Be the first one.