Macarıstanda dəhşətli avtobus qəzası: 12 nəfər həlak oldu, çoxlu sayda yaralı var
Macarıstanda Polşaya məxsus sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 12 nəfər həlak olub, 10 nəfər isə ağır xəsarət alıb.
hadiseler.info xəbər verir ki, qəza M3 avtomagistralında, ölkənin şimal-şərqində yerləşən Niredxaza şəhəri yaxınlığında qeydə alınıb. Hərəkətdə olan sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə aşıb.
Nəqliyyat vasitəsində ümumilikdə 57 sərnişin və 2 sürücünün olduğu bildirilir. Hadisə ilə əlaqədar magistral yol bağlanıb, dərəyə tullanan 24 tonluq ağır kütləli avtobusun qaldırılması və xilasetmə tədbirlərinin aparılması üçün əraziyə xüsusi texnika və kranlar cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.
No Comment! Be the first one.