Magistraturada ödənişliyə qəbul olan 195 tələbə pulsuz təhsil alacaq
2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul müsabiqəsinin nəticələrinə əsasən bəzi dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.
hadiseler.info xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar arasında topladıqları ballara müvafiq olaraq boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə təşkil edilib.
Müsabiqənin nəticələrinə əsasən, 195 magistrant ödənişsiz (dövlət hesabına) təhsil almaq hüququ qazanıb.
Həmin tələbələrin siyahısı aidiyyəti ali təhsil müəssisələrinə göndərilib. Eyni zamanda, tələbələrin “Şəxsi kabinet”lərində qeyd edilən mobil telefon nömrələrinə də bu barədə bildiriş ünvanlanıb.
No Comment! Be the first one.