Makronun Britaniyaya dediyi söz gündəm oldu
Fransa Prezidenti Emmanuel Makron Madriddə keçirilən mətbuat konfransında Böyük Britaniyanın Avropa İttifaqına qayıtması perspektivinə münasibət bildirib.
hadiseler.info xəbər verir ki, BFM telekanalına əsaslanan məlumata görə, Fransa lideri Böyük Britaniyaya müraciət edərək “Qayıdın” ifadəsini işlədib.
Makron çıxışında deyib: “Əgər britaniyalılar qayıtmaq istəsələr və baş nazir bu istiqamətdə addım atsa, zənnimcə, bu, həm onun ölkəsi, həm də avropalılar üçün əla xəbər olar”.
Qeyd edək ki, hazırda Böyük Britaniyada Aİ ilə daha sıx yaxınlaşma və ölkənin ittifaqa qayıtması məsələsi yenidən fəal müzakirə olunur.
Xatırladaq ki, Böyük Britaniya 1973-cü ildə Avropa İqtisadi Birliyinə qoşulub. 23 iyun 2016-cı ildə keçirilən referendumda seçicilərin 51.9 faizi ölkənin Aİ-dən çıxmasının (Brexit) lehinə səs verib və krallıq 31 yanvar 2020-ci ildə rəsmən Aİ-ni tərk edib.
No Comment! Be the first one.