Mayk Uolts: “Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir”
ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün fəaliyyət variantlarının hamısını diqqətdə saxlayır.
hadiseler.info xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “NBC News” telekanalına müsahibəsində bildirib.
Uolts “The Wall Street Journal” qəzetinin Trampın noyabrda keçiriləcək aralıq seçkilərindən sonra İrana zərbələri bərpa etmək imkanını nəzərdən keçirməsi haqqında xəbərlərə münasibət bildirib. Diplomat bu məlumatların anonim mənbələrə əsaslandığını qeyd edərək əlavə edib:
“Deyə biləcəyim odur ki, Prezident dünyada təhlükəsizliyi təmin etmək üçün bütün mümkün variantları nəzərdən keçirir”.
No Comment! Be the first one.