Media və Yayım Şurasından AÇIQLAMA- FOTO
Sosial şəbəkələrdə məktəbli forması və vahid geyim qaydaları ətrafında süni gərginlik yaratmaq cəhdləri qeydə alınıb.
hadiseler.info xəbər verir ki, Media və Yayım Şurası məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Qurumun bəyanatında bildirilir ki, vahid geyim qaydaları bəzi dairələr tərəfindən qəsdən siyasiləşdirilir və dini müstəviyə çəkilməklə cəmiyyətdə süni gərginlik yaratmağa cəhd göstərilir.
Şura oxşar məzmunlu paylaşımların, neqativ şərhlərin kütləvi yayılmasını və ictimai qaydanı pozmağa yönələn çağırışları xaricdən vahid mərkəzdən idarə olunan informasiya manipulyasiyası kimi qiymətləndirib. Qurum vətəndaşları və media nümayəndələrini bu cür manipulyativ məzmunlara qarşı diqqətli olmağa, yoxlanılmamış məlumatları yaymamağa çağırıb.

No Comment! Be the first one.