Meksikada kilsədə dəhşətli partlayış – 10 ölü, onlarca yaralı-VİDEO
Meksikanın Santa-Mariya-Kançesda məskənində dini mərasim zamanı güclü partlayış baş verib.
hadiseler.info xəbər verir ki, yerli kilsənin yaxınlığında saxlanılan pirotexnika vasitələri dini bayram ərəfəsində keçirilən axşam duası zamanı anidən detonasiya edərək partlayıb.
Hadisə nəticəsində azı 10 nəfər həlak olub, onlarca insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Partlayışın güclü zərbə dalğasından kilsə binasının divarları zədələnib, ibadət edənlər arasında böyük təşviş və basırıq yaranıb.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən faciənin başvermə səbəbləri araşdırılır.
No Comment! Be the first one.