“Mercedes” “KamAz”a çırpıldı, sürücü sıxılı vəziyyətdə qaldı- VİDEO
Bakı şəhəri, Qaradağ rayonu ərazisində xilasedicilərin müdaxiləsini tələb edən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə Ümid qəsəbəsi ərazisində qeydə alınıb. “Mercedes” markalı yük avtomobili yol kənarında dayanan “KamAz” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Mercedes” markalı yük avtomobilinin sürücüsü, 1971-ci il təvəllüdlü Talışov Elşən Firdovsi oğlu deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin xilasediciləri əraziyə cəlb olunublar. Xilasedicilər xüsusi vasitələrdən istifadə edərək E.Talışovu avtomobildən xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.