Bakıda 5 məktəb onlayn təhsilə keçdi
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən bəzi təhsil müəssisələri distant tədris formatına keçir.
hadiseler.info xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Məlumata əsasən, Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağı nəzərə alınaraq, 5 ümumi təhsil müəssisəsində dərslər onlayn təşkil olunacaq.
Tədrisi 2026-cı il 22-26 sentyabr tarixlərində distant formada təşkil olunacaq məktəblər aşağıdakılardır:
Tofiq İsmayılov adına 6 nömrəli lisey
Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbi
Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi
132-134 nömrəli lisey
İlyas Əfəndiyev adına Elitar gimnaziya
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi zamanı yarış marşrutu üzrə müəyyən olunmuş ərazilərdə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilir.
No Comment! Be the first one.