Məşhur bloqer Lənkəranda yaşadığı hadisəni danışdı- VİDEO
Məşhur britaniyalı səyahət bloqeri Hari Jaqqard Azərbaycana səfəri zamanı Lənkəranda qarşılaşdığı maraqlı və mütəəssir edici hadisə barədə sosial şəbəkə hesabında video paylaşıb.
hadiseler.info xəbər verir ki, restoranda çantasını unudan bloqer yaşadığı hadisəni bu sözlərlə bölüşüb:
“Mən yenicə sübut etdim ki, Azərbaycan dünyadakı ən təhlükəsiz və qonaqpərvər ölkələrdən biri ola bilər. Bir neçə saat əvvəl bu çay evinə gəlmişdim və çantamı burada unutmuşdum. İçində çoxlu pul və pasportum var idi. Bir saatlıq yola çıxdıqdan sonra fərqinə vardım ki, çantam yanımda yoxdur. AirTag-imə baxdım və çantamın həqiqətən də burada olduğunu gördüm. Çox narahat idim, düşündüm ki, axı içində pulum var, üstəlik bura kifayət qədər dolu restorandır. Həmin an geri tələsdik, təxminən bir saat sonra çatdıq və çanta hələ də onlarda idi. Çantamı qoruduqları üçün təşəkkür əlaməti olaraq onlara bəxşiş vermək istədim, amma götürmədilər. Bu restoranın mehriban insanları, çox sağ olun! Cənub zonası və ümumilikdə Azərbaycan!”
Qeyd edək ki, səyahət videoları ilə tanınan H.Jaqqardın sosial şəbəkələrdə milyonlarla izləyicisi var.
No Comment! Be the first one.