Əhməd Davudoğlu həbs oluna bilər – İstintaq başladı
Türkiyənin keçmiş Baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu barəsində cinayət işi açılıb.
hadiseler.info xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu Davudoğlunun sosial şəbəkələrdəki paylaşımlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqir xarakterli ifadələr yer aldığını müəyyən edib.
Araşdırma Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsinin 1-ci bəndi (prezidentə təhqir) üzrə aparılır. Qanunvericiliyə əsasən, bu maddə ilə təqsirli bilinən şəxsləri 1 ildən 4 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, Əhməd Davudoğlu 2014-2016-cı illərdə Türkiyənin Baş naziri vəzifəsində çalışıb və uzun illər hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyində təmsil olunub.
No Comment! Be the first one.