Metroda sərnişin vəfat etdi
Bakı Metropolitenində ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı Metropoliteninin “Avtovağzal” stansiyasının platformasında baş verib.
Bərdə sakini, 83 yaşlı Telman Muradov qatarda olarkən qəfil halı pisləşib. Dərhal bütün müvafiq tədbirlər görülüb və əraziyə təcili tibbi yardım xidməti çağırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür və araşdırma aparılır.
No Comment! Be the first one.