Avstraliyada avtomobil azarkeşlərin üstünə süratlə çırpıldı- VİDEO
Avstraliyanın Nyukasl şəhərində azarkeşlərin toplaşdığı ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info “ABC News”a istinadən xəbər verir ki, avtomobil “Nyukasl Nayts” reqbi komandasını final oyunu öncəsi yola salmaq üçün yol kənarına toplanan azarkeş kütləsinin üstünə sürülüb.
Hadisə nəticəsində ən azı 9 nəfər, o cümlədən uşaqlar xəsarət alıb. Yaralılardan 2 nəfərin vəziyyətinin kritik olduğu, onlar arasında ürəktutması keçirən azyaşlı qızın da olduğu bildirilir. Əraziyə dərhal 10 təcili tibbi yardım briqadası və 3 helikopter cəlb edilib, zərərçəkənlərə təcili tibbi yardım göstərilir.
Avtomobilin sürücüsü hadisə yerində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İlkin məlumata görə, qəzaya sürücünün təkərləri fırladaraq nümayişkaranə şou (bernout) etməyə çalışarkən idarəetməni itirməsi səbəb olub.
No Comment! Be the first one.