Ticarət Mərkəzinin girişində sərnişin avtobusu aşıb —VİDEO
Bakıda sərnişin avtobusunun iştirakı ilə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus idarəetmədən çıxaraq aşıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində xəsarət alanlar var. Hadisənin yağışlı hava şəraiti səbəbindən yolun sürüşkən olması nəticəsində baş verdiyi bildirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.