MİDA-nın sisteminə saxta müdaxilə edən qadınlar HƏBS EDİLDİ-VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” sisteminə qanunsuz müdaxilə etməyə cəhd göstərən və vətəndaşların pulunu mənimsəyən şəxslərə qarşı əməliyyat keçirib.
hadiseler.info xəbər verir ki, əməliyyat-texniki tədbirlər nəticəsində 33 yaşlı Günay Lətifova və 43 yaşlı Şükufə Mirzəyeva saxlanılıb.
İstintaqla müəyyən edilib ki, həmin şəxslər süni intellekt proqramlarından istifadə edərək vətəndaşlarda növbədənkənar mənzil mənimsənilməsi təsəvvürü yaradıblar. Onlar MİDA adından saxta müqavilələr hazırlayaraq vətəndaşlara 1 000 – 9 000 manat civarında satıblar. Şükufə Mirzəyevanın evindən 472 ədəd saxta müqavilə aşkar edilərək götürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. DİN və MİDA vətəndaşlara yalnız rəsmi xidmətlərdən istifadə etməyi xəbərdar edir.
No Comment! Be the first one.