Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzinə yeni sədr təyin edildi
Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzinin İdarə Heyətinə yeni rəhbər təyinatı olub.
hadiseler.info xəbər verir ki, sözügedən vəzifəyə Orxan Yusibov təyin edilib.
Qeyd edək ki, O. Yusibov bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də baş maliyyə inzibatçısı, Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyində direktor müavini vəzifələrində çalışıb.
Xatırladaq ki, Orxan Yusibov birinci “Yüksəliş” müsabiqəsinin qalibidir.
No Comment! Be the first one.