Muğlada dəhşət: Yaşlı ər-arvad evdə ölü tapıldı
Türkiyənin Muğla vilayətində 72 yaşlı Ömer Alkan və həyat yoldaşı 70 yaşlı Hatice Alkan evlərində ölü tapılıblar. Her iki şəxsin ov tüfəngi ilə vurulduğu bildirilir.
hadiseler.info DHA-ya istinadən xəbər verir ki, yaxınları cütlükdən xəbər ala bilməyiblər. Onlar dərhal polisə müraciət ediblər.
Hadisə yerinə gələn polis və yanğınsöndürənlər qapını açaraq içəri giriblər. Ömer Alkan divanda, yoldaşı isə otaqda başından vurulmuş halda tapılıb. Həkimlər onların öldüyünü təsdiqləyiblər.
Evdə ov tüfəngi və işlənmiş patronlar tapılıb. İlkin ehtimala görə, Ömer Alkan əvvəlcə həyat yoldaşını öldürüb. Daha sonra isə öz canına qıyıb.
Meyitlər otopsi üçün morqa aparılıb. Polis faktla bağlı araşdırma aparır.

No Comment! Be the first one.