Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub
hadiseler.info xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı gerçəkləşib.
Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən Hikmət Mövlud oğlu Mustafayev nazirliyin Aparat rəhbəri vəzifəsinə gətirilib.
1997-ci ildən dövlət qulluğunda çalışan Hikmət Mustafayev illər ərzində Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində məsul və rəhbər vəzifələrdə fəaliyyət göstərib. O, bu təyinatadək Heydər Əliyev Mərkəzi direktorunun müşaviri postunu tutub.

No Comment! Be the first one.