Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır – Sərəncam
Azərbaycanda Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı mühüm dövlət sənədi imzalanıb.
hadiseler.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sənədlə Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılacaq.
Nazirlər Kabinetinə tapşırılıb ki, Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsini dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etsin və Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
No Comment! Be the first one.