Narkotik qalmaqalından sonra Nəvai qonorarını ARTIRDI
Qazaxıstanda baş verən narkotik qaçaqmalçılığı qalmaqalı ilə gündəmə gələn məşhur reper Nəvai Bəkirov konsert qiymətlərini qaldırıb.
hadiseler.info xəbər verir ki, bu barədə Rusiya kütləvi informasiya vasitələri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, sənətçi Rusiya turnesi və Moskvada keçiriləcək böyük konserti üçün bilet satışlarını bərpa edib. Konsert tarixləri oktyabrdan noyabr ayına keçirilib və biletlərin minimal qiyməti 5000 rubldan başlayır.
Eyni zamanda, sənətçi özəl tədbirlər və korporativlər üçün sifarişləri qəbul etməyə hazır olduğunu desə də, onun tələb etdiyi qonorar artırılaraq 4 milyondan 5 milyon rubla qaldırılıb.
Xatırladaq ki, oktyabrın 14-də Qazaxıstana giriş zamanı reperin idarə etdiyi və ya içərisində olduğu avtomobildən narkotik maddə aşkarlanmışdı. Barəsində iki ay müddətinə həbs qərarı çıxarılan musiqiçi məhbuslara qarşı işgəncə və qəddar rəftar halları ilə tanınan təcridxanaya yerləşdirilmişdi. Daha sonra isə Nəvai girov qarşılığında sərbəst buraxılmışdı.
No Comment! Be the first one.