Narkotik qəbul edərək avtomobil sürən sürücü həbs olundu
Bakının Xətai rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
hadiseler.info xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ön dövlət qeydiyyat nişanı olmadan “Chevrolet” markalı (77-SB-704) avtomobili idarə edən 32 yaşlı Məhəmməd Vəliyevi saxlayıblar.
Yoxlama zamanı davranışı şübhə doğuran sürücü tibbi müayinədən keçirilib və onun narkotik vasitə qəbul etdiyi sübuta yetirilib. M.Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü inzibati qaydada həbs olunub və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılıb.
No Comment! Be the first one.