NATO komandanı: Rusiyanın məqsədi Ukraynaya dəstək iradəsini zəiflətməkdir
Rusiyanın Avropadakı fəaliyyətlərinin ana məqsədlərindən biri Ukraynaya dəstəyi davam etdirmək məsələsində müttəfiq ölkələrin iradəsini sarsıtmaq və zəiflətməkdir.
hadiseler.info xəbər verir ki, bu bəyanatla NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviç çıxış edib.
Avropa İttifaqı deputatlarına açıqlama verən Qrinkeviç bildirib ki, Avropa ölkələri Rusiyaya aid edilən təxribatlara və sabitliyi pozan addımlara karşı daha açıq, qətiyyətli mövqe nümayış etdirməlidir. Onun sözlərinə görə, bu növ hücumların arxasında Rusiyanın dayandığına dair əminlik olduqda, bunu dərhal ictimaiyyətə açıqlamaq həmin fəaliyyətlərin qarşısının alınmasında mühüm rol oynaya bilər.
Komandan sentyabrın 11-də fəaliyyətə başlayan “Eastern Sentry” missiyasının artıq ilk nəticələrini verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, missiyanın işə düşməsindən sonra Rusiya Baltikyanı ölkələrin və Polşanın hava məkanına dronlarla daxil olmaq məsələsində daha ehtiyatlı davranmağa başlayıb.
No Comment! Be the first one.