Nazir müşavirini işdən azad etdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni kadr dəyişikliyi baş verib.
hadiseler.info xəbər verir ki, Ölkə.az saytının məlumatına əsasən, ekologiya və təbii sərvətlər nazirinin müvafiq əmri ilə nazir müşaviri İlham Nəsirov vəzifəsindən azad edilib.
Bildirilir ki, İ. Nəsirov öz ərizəsi əsasında işdən çıxarılıb. Qeyd edək ki, o, 2023-cü ilin noyabr ayında bu vəzifəyə təyin olunmuşdu və bundan əvvəl enerji sektorunda müxtəlif məsul vəzifələrdə çalışıb.
No Comment! Be the first one.