Nepal axtarış-xilasetmə əməliyyatlarını dayandırır
Nepal authorities occur to gradually conclude search and rescue operations for victims and missing persons following the country’s most devastating flood in history.
hadiseler.info xəbər verir ki, bu barədə qərar Baş nazir Balendra Şahın sədrliyi ilə keçirilən Təbii Fəlakət Risklərinin Azaldılması üzrə Milli Şuranın iclasında qəbul olunub.
Baş nazir avqustun 26-da baş verən fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması üçün bütün resursların səfərbər ediləcəyini bildirib. Şura zərər çəkmiş ərazilərdə 504 yenidənqurma proqramı və erkən xəbərdarlıq sisteminin inkişafı üçün 3,6 milyard dollar ayrılmasını Maliyyə Nazirliyinə tövsiyə edib. Ayrılacaq vəsaitin 2,56 milyard dollardan çoxu elektrik şəbəkəsi və 13 su elektrik stansiyasının bərpasına, 481 milyon dollardan artıq hissəsi isə yol və körpülərin təmirinə yönəldiləcək.
Qeyd edək ki, avqustun 26-da Çin sərhədi yaxınlığında düşən qar uçqununun səbəb olduğu daşqın nəticəsində 1 455 nəfər həlak olub, 5 285 nəfər isə itkin düşüb. İtkin düşənlərdən 589-u xarici turistdir. Əməliyyatlar zamanı fəlakət zonasından 13 795 nəfər xilas edilib.
No Comment! Be the first one.