Nepalda dəhşətli daşqın: Ölənlərin sayı 175-ə çatdı, 476 əcnəbi itkin düşüb
Nepalın şimal bölgələrində baş verən şiddətli daşqınlar ağır nəticələrə səbəb olub.
hadiseler.info xəbər verir ki, Hindistanın ANI agentliyinin Nepal səfirliyindəki mənbələrə istinadən yaydığı məlumata görə, təbii fəlakət nəticəsində azı 175 nəfər həyatını itirib.
Fəlakət zonasında 28 müxtəlif ölkənin vətəndaşı olmaqla, ümumilikdə 476 əcnəbi turist və yerli sakinin itkin düşdüyü bildirilir. Avqustun 26-sı səhər saatlarında başlayan sel fəlakətinə ilkin ehtimallara görə Çin və Nepal sərhədində qar və daş uçqununun baş verməsi səbəb olub. Ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
No Comment! Be the first one.