Nepalda daha bir torpaq sürüşməsi baş verdi – VİDEO
Nepalda minlərlə insanın həyatına təsir edən dağıdıcı palçıq axınından cəmi 10 gün sonra bölgədə növbəti dəfə güclü torpaq sürüşməsi və palçıq axını qeydə alınıb.
hadiseler.info xəbər verir ki, avqust ayının sonlarında başlayan fəlakətlər fonunda baş verən yeni sürüşmə xilasetmə işlərini və çətin vəziyyətdə olan sakinlərin təxliyəsini daha da mürəkkəbləşdirib. Əvvəlki palçıq sürüşməsi nəticəsində 1000-dən çox insan həyatını itirmiş, 4400-dən çox şəxs isə itkin düşmüşdür. Ərazidə davam edən əlverişsiz hava şəraiti və yenilənən sürüşmələr fəlakət zonasında təhlükə riskini yüksək səviyyədə saxlayır.
Hazırda aidiyyəti qurumlar və xilasedicilər yeni sürüşmənin baş verdiyi ərazilərdə axtarış-xilasetmə tədbirlərini davam etdirir.
No Comment! Be the first one.