Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə yüksəldi
Nepalda baş verən şiddətli daşqınlar nəticəsində tələfatın sayı artmaqda davam edir.
hadiseler.info xəbər verir ki, ölkənin Fəlakətlərin Fəsadlarının Aradan Qaldırılması üzrə Milli İdarəsi (NDMA) təbii fəlakət nəticəsində 734 nəfərin həlak olduğunu açıqlayıb.
Xilasedicilər indiyədək 227-si əcnəbi vətəndaş olmaqla 8 200-ə yaxın şəxsi fəlakət zonasından təxliyə edə biliblər. Buna baxmayaraq, 580 xarici turist də daxil olmaqla təxminən 2 500 nəfər hələ də itkin düşmüş sayılır. Qeyd olunub ki, axtarış-xilasetmə əməliyyatlarına 19 800-dən çox təhlükəsizlik əməkdaşı cəlb edilib.
No Comment! Be the first one.