Nigar Fərhadın əri DTX tərəfindən həbs edilibmiş
Teleaparıcı Nigar Fərhadın saxlanılması onun rəhbərlik etdiyi “AİD Group” xaricdə təhsil şirkəti ilə bağlı qalmaqalı yenidən gündəmə gətirib.
hadiseler.info “Bakıvaxtı.az”a istinadən xəbər verir ki, xaricdə təhsil agentliyinin rəhbərliyinə qarşı açılmış cinayət işi üzrə zərərçəkənlərin sayı günbəgün artır və onlar şikayətlərini sosial şəbəkələrdə ictimailəşdirirlər.
Bu məqamda məlum olub ki, Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadə bir müddət əvvəl məhz Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq həbs olunub.
Çoxsaylı vətəndaş şikayətləri əsasında şirkətin təsisçisi Nigar Fərhad da Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Gün ərzində barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Nigar Fərhad Harvard Universitetində təhsil aldığını bildirir və bir sıra televiziya kanallarında aparıcı kimi çalışıb. Həbs edilən həyat yoldaşı Samir Yəhyazadə isə əsasən ABŞ-nin Nyu-York şəhərində yaşayan peşəkar İT mütəxəssisidir.
No Comment! Be the first one.