Nijnekamska PUA hücumu:Ölən və yaralananlar var – VİDEO
Tatarıstanın Nijnekamsk şəhərində sənaye və mülki obyektlərə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə hücum həyata keçirilib.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Hücum zamanı avtomobilin zədələnməsi nəticəsində 2 nəfər həlak olub. Sənaye və mülki obyektlərin hədəf alınması nəticəsində isə daha 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə aidiyyəti xidmətlər cəlb olunub, xəsarət alanlara tibbi yardım göstərilir.
No Comment! Be the first one.