Nyu-Yorkda Azərbaycan–Belarus strateji tərəfdaşlığı müzakirə olunub
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belarusun xarici işlər naziri Maksim Rıjenkov arasında görüş keçirilib.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında məlumat verilib.
Görüşdə tərəflər ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli siyasi dialoqun və liderlər arasındakı təmasların mühüm rolunu, eləcə də ticarət-iqtisadi əməkdaşlığın inkişafında Birgə Hökumətlərarası Komissiyanın əsas yerini vurğulayıblar. Həmçinin BMT, MDB, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalar çərçivəsində sıx koordinasiyanın əhəmiyyəti xüsusi qeyd olunub.
Danışıqların yekununda nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2027–2028-ci illər üzrə Əməkdaşlıq Planı”nı və “Konsulluq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nu imzalayıblar. Bu sənədlərin iki ölkə arasındakı tərəfdaşlığın institusional çərçivəsini daha da möhkəmləndirəcəyi bildirilib.
No Comment! Be the first one.