Nərimanovda 16 mərtəbəli binada yanğın olub: FHN alovun qarşısını aldı – VİDEO
Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.
hadiseler.info “Oxu.az”a istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindəki mənzillərin birində baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan ilkin məlumat üzrə dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. FHN əməkdaşlarının operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinə imkan verilmədən yanğın qısa müddətdə məhdudlaşdırılıb və tam söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
No Comment! Be the first one.