Oktyabrın 7-nə olan hava proqnozu
Oktyabrın 7-də ölkə ərazisində gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.
hadiseler.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir. Bəzi yerlərdə yağıntının qısamüddətli güclü olacağı ehtimalı var. Günün ikinci yarısından yağış tədricən kəsiləcək. Cənub-şərq küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17° isti, gündüz 18-22° isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər saatlarında bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Axşamdan yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman müşahid olunacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.
No Comment! Be the first one.