Parisdə komendant saatı uzadıldı
Fransanın paytaxtı Parisin bir sıra mühüm ərazilərində tətbiq edilən komendant saatının müddəti bazar ertəsinə qədər uzadılıb.
hadiseler.info xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti Paris Polis Prefekturasına istinadən məlumat yayıb.
Polisin rəsmi qərarına əsasən, Respublika meydanı və Les Halles rayonlarında həm yetkinlik yaşına çatmış şəxslərin, həm də azyaşlıların hər gecə saat 23:00-dan səhər 06:00-dək küçəyə çıxması qadağan edilib.
Bu sərt məhdudiyyətlər keçən həftəsonu şəhərdə baş verən kütləvi zorakılıq, qarət və talan hadisələrindən sonra təhlükəsizliyin təmin olunması məqsədilə tətbiq olunub.
Məhdudiyyətlər çərçivəsində Parisin Yelisey Sarayı, Milli Assambleya, Senat, məşhur Yelisey Şanzı prospekti və əsas dəmiryol vağzalları ətrafında hər türlü icazəsiz kütləvi toplaşmalar və aksiyalar rəsmən qadağan edilib.
Xatırladaq ki, oktyabrın 17-də Fransada yanacağın kəskin bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı kütləvi etiraz nümayişləri başlanıb.
No Comment! Be the first one.