Paşinyan: “Başqa vətən arzulamağa ehtiyac yoxdur”
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin müstəqilliyinin 35-ci ildönümü münasibətilə keçirilən tədbirdə diqqətəlayiq bəyanatla çıxış edib.
hadiseler.info xəbər verir ki, hökumət başçısı Ermənistan Respublikasının “xəyallarının vətəni” olduğunu vurğulayıb.
Paşinyan ölkənin gələcək inkişaf istiqaməti və müstəqilliyi barədə fikirlərini bölüşüb:
“İndi Ermənistanı inkişaf etdirmək, onu daha müstəqil, güclü, ədalətli və təhlükəsiz edərək gələcək nəsillərə ötürmək lazımdır. Biz bir daha heç vaxt müstəqillik və başqa dövlət haqqında xəyal qurmamalıyıq. Hər il, hər gün dövlətə sahibi olmağın nə demək olduğunu, vətəndaş olmağın nə mənaya gəldiyini daha yaxşı öyrənməliyik. Çünki bu gün Ermənistan müstəqilliyin 35-ci ildönümünü sülh şəraitində qeyd edir”.
Xatırladaq ki, Ermənistan sentyabrın 21-də müstəqillik gününü qeyd edir. 1991-ci ilin müvafiq tarixində keçirilən referendumda iştirak edənlərin əksəriyyəti SSRİ tərkibindən çıxaraq müstəqil dövlətin qurulmasının lehinə səs vermişdi.
No Comment! Be the first one.