Paşinyan: “Ermənistana yeni müxalifət lazımdır”
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə mövcud müxalifət qüvvələrini kəskin tənqid edərək yeni müxalifətin formalaşmasına ehtiyac olduğunu bildirib.
hadiseler.info Ermənistan mediasına istinadən xəbər verir ki, Nikol Paşinyan “üçbaşlı müharibə partiyası” adlandırdığı “Ermənistan” bloku, “Güclü Ermənistan” və “Çiçəklənən Ermənistan” partiyalarının məhv edildiyini, bunu yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin nəticələrinin də sübut etdiyini söyləyib.
Baş nazirin sözlərinə görə, Ermənistanda casusluqla məşğul olan və xaricdən idarə edilən qüvvələrin kökünü kəsmək vacibdir.
No Comment! Be the first one.