Prezident İlham Əliyev Avstriya liderini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı məktubda Avstriya Respublikasının milli bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərini çatdırıb.
Məktubda Azərbaycan-Avstriya münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişaf etməsindən məmnunluq duyulduğu vurğulanıb. Ölkələr arasında dostluq əlaqələrinin birgə səylərlə bundan sonra da möhkəmlənərək qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə inam ifadə olunub.
Prezident İlham Əliyev əlamətdar gün münasibətilə Avstriya Prezidentinə möhkəm cansağlığı və xoşbəxtlik, dost Avstriya xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.
No Comment! Be the first one.