Paşinyan: “Qarabağ hərəkatı” artıq məntiqsizdir
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni hökumət proqramında keçmiş ideologiyalardan imtina edildiyini bəyan edib.
hadiseler.info xəbər verir ki, Paşinyan 2026-2031-ci illəri əhatə edən hökumət proqramını təqdim edərkən “Qarabağ hərəkatı”nın ideologiyasına artıq yer olmadığını bildirib.
Baş nazirin sözlərinə görə, son illərdə aparılan təhlillər və cəmiyyətdən gələn siqnallar real Ermənistanın və sülh gündəliyinin formalaşmasına şərait yaradıb. O qeyd edib ki, yeni proqram çərçivəsində hökumət insan hüquqlarının gücləndirilməsi, iqtisadi diplomatiya və süni intellektin tətbiqi kimi sahələrə diqqət ayıracaq. Yeni proqram təsdiq üçün Ermənistan parlamentinə təqdim olunacaq.
No Comment! Be the first one.