Peşə məktəbinin söküləcəyi iddialarına RƏSMİ MÜNASİBƏT
Sumqayıt şəhərində yerləşən 35 nömrəli peşə məktəbinin sökülərək ərazisində yaşayış binasının inşa olunacağı ilə bağlı yayılan iddialara aydınlıq gətirilib.
hadiseler.info xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi məsələ ilə bağlı açıqlama verib.
Agentlikdən bildirilib ki, məktəbin sökülərək yerində yaşayış binasının tikiləcəyi barədə məlumatlar həqiqəti əks etdirmir. Açıklamada vurğulanıb ki, sözügedən ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır.
Qeyd edək ki, bir qədər əvvəl mətbuatda 35 saylı peşə məktəbinin söküləcəyi və bu səbəbdən binalarda məskunlaşan sakinlərin köçürülməsinə başlanıldığı barədə xəbərlər tirajlanmışdı.
No Comment! Be the first one.