Polis əməliyyat keçirdi: Axtarışda olan 114 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyi ölkə ərazisində keçirilən son əməliyyat-axtarış tədbirlərinin nəticələrini açıqlayıb.
hadiseler.info xəbər verir ki, avqustun 19-da polis əməkdaşları tərəfindən axtarışda olan 114 nəfər tutularaq məsuliyyətə cəlb edilib.
Saxlanılanlardan 92-si borclu şəxs qismində axtarılanlar, 8-i isə dələduzluqda şübhəli bilinənlərdir. Əməliyyatlar zamanı 54 cinayətin üstü açılıb, itkin düşmüş 10 nəfər tapılaraq ailələrinə təhvil verilib. Həmçinin 23,6 kiloqram narkotik vasitə və qanunsuz saxlanılan 9 tüfəng müsadirə olunub.
No Comment! Be the first one.