Prezident: “Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə diqqətəşayan bəyanat verib.
hadiseler.info xəbər verir ki, dövlət başçısı ölkəmizin güclü maliyyə sisteminə malik olduğunu və xarici dövlət borcunu qısa müddətdə tam ödəyə biləcək imkanda olduğunu vurğulayıb:
“Xarici dövlət borcu ÜDM-in 5,6 faizini təşkil edir və biz əslində onu bir gün ərzində sıfıra endirə bilərik. Çünki valyuta ehtiyatlarımız xarici borcumuzu təxminən 20 dəfə üstələyir”.
Prezident İlham Əliyev çıxışında siyasi və iqtisadi sabitliyin, eləcə də dayanıqlı maliyyə sisteminin müasir dövrdə investisiya cəlbediciliyi üçün ən vacib amillərdən olduğunu qeyd edib.
No Comment! Be the first one.