Ceyhun Bayramov BMT-də TRIPP əhəmiyyətini açıqlayıb
Cənubi Qafqazda formalaşan sülh arxitekturası və regional bağlantılar bir-biri ilə sıx bağlıdır.
hadiseler.info xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan Avropa ilə Asiya arasında əsas loqistika qovşağına çevrilibvə 2022-ci ildən bəri Orta Dəhliz boyunca yükdaşımalar 90% artıb. Eyni zamanda, Xəzər dənizindən keçən “Rəqəmsal İpək Yolu” fiber-optik layihəsi ilə rəqəmsal bağlantılar da genişləndirilir.
Çıxışda 2025-ci il Vaşinqton Sammitinin mühüm nəticəsi olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) xüsusi roluna toxunulub:
“TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal bağlantıların təmin olunmasına xidmət edəcək və Zəngəzur dəhlizinin tərkib hissəsi kimi regional ticarət, iqtisadi inteqrasiya və tərəqqi üçün yeni imkanlar açacaqdır”.
No Comment! Be the first one.