Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Siyasət

Prezident AZAL-la bağlı fərman imzaladı

Avqust 6, 2026
95 Views

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinə cari rəhbərliyi 7 üzvdən (sədr və onun 6 müavini) ibarət İdarə Heyəti həyata keçirəcək.

Hadisələr.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.


Qeyd edək ki, Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət yaradılan Müşahidə Şurasının da yeni səlahiyyətləri müəyyənləşib.

Cəmiyyətin Müşahidə Şurası aşağıdakı səlahiyyətləri həyata keçirir:

– Cəmiyyətin inkişaf strategiyasına və onun icrası ilə bağlı tədbirlər planına, habelə əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsinə və biznes planına dair Ümumi Yığıncağa təkliflər vermək;

– Cəmiyyətin gəlirlər və xərclər smetalarını, o cümlədən büdcə proqnozlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək və icrasını təmin etmək;

– Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına dair Ümumi Yığıncağa təkliflər vermək;

– fəaliyyətinin səmərəliliyini artırmaq üçün etika, strateji planlaşdırma, risklərin idarə edilməsi və s. üzrə yardımçı komitələr yaratmaq və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə etmək;

– Ümumi Yığıncaqla razılaşdırmaqla, Cəmiyyətin maliyyə planlaşdırılmasını təsdiq etmək və icrasını təmin etmək;

– Ümumi Yığıncaqla razılaşdırmaqla, Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək;

– Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə Cəmiyyət tərəfindən hüquqi şəxslərin yaradılması, eləcə də onların idarəetmə orqanlarının üzvlərinin (rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;

– Ümumi Yığıncağın razılığı ilə Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin strukturunu, işçilərinin say həddini, əməkhaqqı sistemini və əməyin ödənişi fondunu, ştat cədvəlini təsdiq etmək;

– Cəmiyyətin mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, həmçinin illik hesabatları və maliyyə hesabatlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək;

– Cəmiyyətin daxili audit bölməsini təşkil etmək və onun əsasnaməsini Ümumi Yığıncaqla razılaşdırmaqla təsdiq etmək, əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad etmək;

– Azərbaycanın Mülki Məcəlləsi, Azərbaycanın bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları və Cəmiyyətin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

Hazırda Müşahidə Şurasının səlahiyyətlərinə aşağıdakılar daxildir:

– Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

– Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

– Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

– aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

– mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

– Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

– Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

– Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

– Azərbaycanın Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycanın bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

Tags:

#AZAL#Azərbaycan Hava Yolları#İlham Əliyev#Prezident Fərmanı

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

“Qarabağ” FK-da yeni təyinatlar bəlli oldu

Next

Uqandalı futbolçu silahlı hücum nəticəsində qətlə yetirilib

Next
Avqust 6, 2026

Uqandalı futbolçu silahlı hücum nəticəsində qətlə yetirilib

Previous
Avqust 6, 2026

“Qarabağ” FK-da yeni təyinatlar bəlli oldu

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Siyasət
Ərdoğan Azərbaycana səfərə gəlib
Ayla
Noyabr 8, 2026
Siyasət
İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə təşəkkür edib
Ayla
Noyabr 8, 2026
Siyasət
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi – Fotolar
Ayla
Noyabr 8, 2026
Siyasət
Rəsmilər Zəfər Parkını ziyarət edir
Ayla
Noyabr 8, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Noyabr 8, 2026
Ərdoğan Azərbaycana səfərə gəlib
Noyabr 8, 2026
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 645
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya