Prezident: “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik”
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin öz torpaqlarını işğaldan azad etməsindən danışıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı BMT Nizamnaməsinə və özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalan ərazilərimizin azad edildiyini, bununla da beynəlxalq hüququn və ədalətin bərpa olunduğunu bildirib:
“Biz öz gücümüz hesabına BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etdik”.
Dünyada baş verən yeni müharibələrə toxunan Prezident Azərbaycanın təcrübəsini diqqətə çatdırıb:
“Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi. Düşmən kapitulyasiya etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik”.
Dövlət başçısı bu presedentin münaqişələrin aradan qaldırılmasına xidmət edə biləcəyini və müharibə tərəflərinin bu təcrübəni tədqiq etməli olduğunu vurğulayıb.
No Comment! Be the first one.