Prezident Hindistanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarın etimadnaməsini qəbul edib.
hadiseler.info “AZƏRTAC”a istinadən xəbər verir ki, qəbul zamanı diplomatiya nümayəndəsi etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Səfirlə söhbət zamanı Hindistan və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Diplomat Abhay Kumar iki ölkə arasında münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən Zirvə Görüşü çərçivəsində Prezident İlham Əliyev ilə Hindistanın Baş naziri Narendra Modi arasında baş tutan təmaslar məmnunluqla xatırlanıb. Həmçinin Azərbaycan və Hindistan xalqları arasında minilliklərə söykənən tarixi-mədəni bağların olduğu qeyd edilib, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.




No Comment! Be the first one.