Prezident İlham Əliyev vacib sazişi təsdiqlədi – FƏRMAN
Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı nəzərdə tutan beynəlxalq Saziş rəsmən təsdiq edilib.
hadiseler.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, 2026-cı il sentyabrın 10-da Astana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq olunub. Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının icrasını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi təmin edəcək. Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların tamamlandığı barədə Qırğız Respublikası Hökumətinə müvafiq bildiriş göndərmək həvalə olunub.
No Comment! Be the first one.