Prezident qanunu imzalamadan Milli Məclisə geri qaytarıb – Səbəbi açıqlandı
Prezident İlham Əliyev tərəfindən 2026-cı il iyulun 14-də Milli Məclisdə qəbul edilmiş bir sıra məcəllə və qanunlara dəyişiklikləri nəzərdə tutan sənədin imzalanmadan geri qaytarılmasının səbəbləri açıqlanıb.
hadiseler.info xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Azər Əmiraslanov Prezidentin innovasiya ekosistemi üzrə dövlət dəstəyi və stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi məqsədilə sənədə əhəmiyyətli və mütərəqqi dəyişikliklər təklif etdiyini bildirib. Qanunun əsas konsepti və hədəfi dəyişməyərək, innovativ iqtisadiyyatın inkişafı və özəl investisiyaların cəlb olunması məqsədini saxlayır.
Rəsmi şəxslərin çıxışlarından əsas məqamlar:
İnnovasiya və İKT sektoru: Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov qeyd edib ki, islahat dövlət payı 51%-dən az olan özəl texnologiya subyektlərini əhatə edir. İri sahibkarların vergi güzəştlərindən yararlanması üçün gəlirlərdə ixracın xüsusi çəkisi olması və vəsaitlərin yerli banklara gətirilməsi şərti qoyulub. Yeni rejim 1 yanvar 2027-ci ildən sonra rezidentlik alanlara şamil olunacaq.
İnvestisiya cəlbediciliyi: İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev güzəştlərin vahid sistem şəklində və uzunmüddətli təqdim olunmasının investisiya mühiti üçün mühüm rol oynadığını vurğulayıb.
Vergi təşviqləri: Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva təklif olunan vergi güzəştlərinin əhatə dairəsi haqqında məlumat verib.
Komitə üzvləri yenilənmiş qanun layihəsini Prezidentin təklif etdiyi dəyişikliklərlə birgə yekdilliklə dəstəkləyiblər.
No Comment! Be the first one.