Prezident: “Türk dünyasını və Qafqazı sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşündə qlobal təhlükəsizlik və regional sülh məsələlərinə toxunub.
hadiseler.info xəbər verir ki, dövlət başçısı dünyada müxtəlif bölgələrdə qarşıdurmaların artdığını və bu toqquşmaların artıq iki ölkə çərçivəsindən çıxaraq genişləndiyini vurğulayıb.
Qanlı toqquşmaların coğrafiyasının böyüdüyünü diqqətə çatdıran Prezident İlham Əliyev bildirib: “Biz görürük ki, artıq bir çox ölkələr müxtəlif bölgələrdə qarşıdurmadadırlar. Yəni bu, iki ölkə arasındakı qarşıdurmalar deyil. Ona görə Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq və sülhü qorumaq üçün hər birimiz böyük səylər göstərməliyik”.
No Comment! Be the first one.