Prezident və birinci xanım Şamaxıda Heydər Əliyevin abidəsini ziyarət ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxı rayonuna səfərləri çərçivəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.
hadiseler.info xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
No Comment! Be the first one.