Prezident və birinci xanıma verilən hədiyyə nədir? – Qədim simvol imiş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəliblər.
hadiseler.info xəbər verir ki, “Manas” beynəlxalq hava limanında təşkil olunan qarşılanma mərasimi zamanı dövlət başçısına və birinci xanıma təqdim olunan oyuncaq hədiyyələr diqqət çəkib. Sözügedən oyuncaq Qırğızıstanın milli simvolu və VI Dünya Köçəri Oyunlarının rəsmi simvolu hesab olunan qar bəbiridir.
Qədim qırğız xalqının mədəniyyətində qar bəbiri böyüklük, nəciblik, cəsarət və dözümlülük rəmzi sayılır. BMT Baş Assambleyası da 2024-cü ildə ekosistemdəki mühüm rolunu nəzərə alaraq, 23 oktyabr tarixini Beynəlxalq qar bəbiri günü elan edib.
No Comment! Be the first one.